速報APP / 財經 / PASHA Mobile Bank

PASHA Mobile Bank

價格:免費

更新日期:2019-02-28

檔案大小:35.4 MB

目前版本:2.2.3

版本需求:需要 iOS 8.0 或以上版本。與 iPhone、iPad 及 iPod touch 相容。

支援語言:亞塞拜然文, 俄文, 英語

PASHA Mobile Bank(圖1)-速報App

PAŞA Bankın Mobil bank əlavəsi həyatınızı daha da asanlaşdırdı: indi Mobil bank əlavəsi vasitəsi ilə balansınızı izləyə, xidmətləri komissiyasız ödəmək, yaxınlarınıza pul köçürmək, kredit üçün müraciət edib, statusunu öyrənmək, xərclərinizə nəzarət edə bilərsiniz.

QEYDİYYAT

Qeydiyyatdan keçib rahatlıqla bütün kartlarınızı izləyin:

- Ş/V-nin FİN kodunu və ya PAŞA Bank kartınızın 16 rəqəmli nömrəsini qeyd edin;

- Aktivasiya kodunun göndərilməsi üçün telefon nömrəsini seçin;

- Aktivasiya kodunu daxil edin və şəxsi məlumatlarınızı doldurun.

PASHA Mobile Bank(圖2)-速報App

TƏHLÜKƏSİZLİK

Biz Sizin bank məlumatlarınızın təhlükəsizliyini təmin edirik. Kart məlumatlarınız, pul köçürmələriniz və ödənişlərinizin tarixçəsi VİSA/MasterCard Beynəlxalq Ödəniş Sistemlərinin tələb etdiyi standartlara uyğun olaraq qorunur.

ONLAYN NÖVBƏ

İstifadə etmək istədiyiniz xidmət üzrə onlayn növbə bölməsində seçim edib, filialda gözləmədən xidmətdən bəhrələnə bilərsiniz.

MƏSAFƏDƏN BANK XİDMƏTLƏRİNDƏN İSTİFADƏ EDİLMƏSİ

Mobil əlavə ilə kredit sifarişi, debet kart sifarişi, kreditlərin ödənişi (həmçinin digər kartlardan), hesabdan çıxarışlar, nağdlaşdırma limitinin dəyişdirilməsi və s. xidmətlərdən istifadə oluna bilər.

PASHA Mobile Bank(圖3)-速報App

XİDMƏTLƏRİNİZİN ANİ ÖDƏNİŞİ

Mobil telefon, dövlət, kommunal, internet, taksi və s. ödənişləri komissiya tutulmadan dərhal ödəyə bilərsiniz. Daha da rahat istifadəsi üçün, bu ödənişlərin şablonlarının mobil əlavədə yadda saxlanılması imkanı yaradılıb.

PAŞA Bank Mobil Əlavəsi rəqəmsal ödəniş texnologiyası ilə parkinq ödənişlərinizi onlayn qaydada həyata keçirməyə imkan yaradır.

HƏR ŞEY NƏZARƏTİNİZ ALTINDA

Bütün xərclərinizə real rejimdə nəzarət imkanından istifadə edə, əməliyyatlar üzrə tarixçəni asanlıqla görə bilərsizniz. Kartınızı itirdikdə Banka zəng etmədən onu dərhal PAŞA Bank Mobil Əlavəsi vasitəsilə bloka sala bilərsiniz.

KARTLAR ARASI KÖÇÜRMƏLƏR

PASHA Mobile Bank(圖4)-速報App

İndi köçürmələri nəinki öz kartlarınız arasında, həmçinin digər bankların kartlarına rahatlıqla edə bilərsiniz.

PAŞA Bank kartları arasında köçürmələri mobil nömrə vasitəsi ilə də yerinə yetirə bilərsiniz.

PAŞA Bankın Mobil bank əlavəsində qeydiyyatınızla bağlı hər hansı bir çətinliyiniz olarsa, *9123 nömrəsinə zəng etməklə bizimlə əlaqə saxlaya bilərsiniz.

PASHA Mobile Bank(圖5)-速報App

支援平台:iPhone, iPad